O, Amerikanın 44-cü prezidenti seçilib
Barak Obama 1961-ci il, avqustun 4-də ABŞ-ın Havay şatatının Honolulu şəhərində dünyaya gəlib. Onun atası keniyalı, anası Ann Durhan isə Kanzas şatatında doğulan amerikalı olub. Obamanın anası və atası o, iki yaşında olarkən ayrılıblar. Bundan sonra anası ikinci dəfə əslən indoneziyalı olan şəxslə ailə həyatı qurur və Obama 10 yaşına kimi Cakartatada yaşayır. Onun 8 ögey bacı və qardaşı var. 1979-cu ilə doğulduğu şəhərə dönən Barak Obama burada nənəsi və babası ilə yaşamağa başlayır və Punahou məktəbini bitirir. 1995-ci ildə dərc edilən memuarlarında Obama məktəbin yuxarı siniflərində oxuyarkən marixuana və kokaindən istifadə etməsini etiraf edir.
Məktəbdən sonra o, Los-Ancelesdə Occidental Kollecində, sonra isə Kolumbiya Universitetində təhsilini davam etdirir. Buranı 1983-cü ildə bitirir. 1988-ci ildə Harvard Universitetinin hüquq fakültəsində təhsil alır. 1993-cü ildə Barak Obama Çikaqo Universitetində «Konsitutsiya hüququ»dan dərs deməyə başlayır.
1995-ci ildə «Atamdan miras qalmış arzular» adlı kitabını qələmə alır və bu kitab gələcək senatora böyük uğur gətirir. O, 1996-cı ilə İllinoys ştatında Senata keçirilən seçkilərində qələbə qazanır. 1997-2004-cü illərdə İllinoys ştatında senat üzvü olur.
O, Corc buşun İraqa müdailəsini tənqid edir.
2007-ci ilin fevral ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar partiyasından namizədliyini irəli sürür. 2008-ci il noyabr ayının 4-də keçirilən prezident seçkisində isə Respublikaçı rəqibi Con Makkeyni üstələyərək, Amerikanın 44-cü və ilk qara dərili prezidenti seçilir. Ailəlidir. Saşa və Malia adlı iki qızı var.