ABŞ dövlət katibinin müavini Ceyms Steynberq Azərbaycana səfər edəcək

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Dövlət katibinin müavini Bakıda yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini və regiondakı situasiyanı müzakirə edəcək.

Ceyms Steynberqin Tiflis və İrəvana da səfər edəcəyi gözlənilir. Rusiya mətbuatının yazdığına görə, səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaqdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO