Ağacların qırılması ilə bağlı şikayət araşdırılıb

Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı meşə ərazisində ağacların qanunsuz qırılması haqqında daxil olmuş şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Trend-in nazirliyin mətbuat xidmətinə isitinadən verdiyi məlumata görə, məktub Sabunçu rayonu Yeni Ramana qəsəbəsinin sakini Teyyub Məlikov tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilib.

Məktub aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olduqdan dərhal sonra nazirliyin Meşələrin inkişafı departamentinin əməkdaşları şikayətdə adı keçən Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə ərazisində yoxlama keçirib.

Meşələrin necə qorunması vəziyyəti yoxlanılarkən şikayətçinin iddia etdiyi Çayrud kəndinin ətrafında yerləşən Lerik MMBM-in Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayında 217,10 manat köküstə nırx dəyərində 50,55 m3 həcmində 18 ədəd müxtəlif cins və ölçülərdə olan ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı Nazirliyin əməkdaşları müvafiq akt tərtib edib, habelə ağacların qanunsuz qırılmasında təqsirli bilinən meşə gözətçisi Ə.Almasov tutduğu vəzifədən kənarlaşdırılıb və meşə fonduna dəymiş zərərin onun tərəfindən ödənilməsi qərarlaşdırılıb. Eyni zamanda, həmin əraziyə cavabdeh olan digər meşə mühafizə xidməti işçilərinin barəsində də müvafiq intizam töhməti tədbirləri görülüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO