AŞ PA-nın prezident seçkilərini izləyəcək missiyası Bakıya gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası bu gün ölkəyə gəlib. MSK-nın müstəqil Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 26 nəfərdən ibarət nümayəndə heyətinə AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin rəhbərlik edir.
Səfər çərçivəsində AŞ PA nümayəndələri prezidentliyə namizədlərlə görüşəcək, prosesi izləyəcəklər. Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri də daxildir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO