AŞ PA-nın Azərbaycandakı vəziyyətlə bağlı müzakirələri konstruktiv idi – həmməruzəçi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin cümə günü Parisdə baş tutan iclasında Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin olunması üzrə keçirilən referendumun yekunları və ölkədə insan haqqları ilə əlaqədar vəziyyət üzrə müzakirələr konstruktiv idi. Bu barədə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel bildirib.

“Mən bu ilin aprel ayında həmməruzəçilərin Azərbaycana səfəri üzrə icmal verdim, ölkədəki referendum üzrə Venessiya komissiyasının əsaslandığı əsas maddələri gözdən keçirtdim. Deyə bilmərəm ki, orada xüsusi emosiyalar mövcud deyildi”, – deyə Trend News-a telefonla şənbə günü Herkel bildirib.

AŞ PA-nın Monitorinq Komitəsinin cümə günü keçirilən iclasında təşkilatın Azərbaycan üzrə həmmməruzəçiləri Andreas Herkel və Yevqeniya Jivkova ölkədəki ictimai-siyasi vəziyyət və martın 18-də ölkə konstitusiyasına əlavə və dəyişiklilər üzrə keçirilən referendumun yekunları ilə bağlı məruzə təqdim etməli idilər. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Konstitusiyasının 29-cu maddəsinə əlavə və dəyişikliklər seçicilərin 87-91 faizinin səsi ilə qəbul olunub.

Ümumxalq səsverməsində Azərbaycan konstitusiyasından 101-ci maddənin 5-ci bəndinin çıxarılması təklifi irəli sürülüb. Bu bənddə deyilirdi ki, AR Prezidenti vəzifəsinə heç kəs bir-birinin ardınca iki dəfə seçilə bilməz. Bu variant, ölkədə müharibə vəziyyətində hərbi əməliyyatların aparılmasının növbəti prezident seçkilərinin keçirilməsinə mane olması halında fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin artırılmasını nəzərdə tutan variantla əvəzlənib.

“Mən eyni zamanda Azərbaycana səfərimiz çərçivəsində iki jurnalist, eyni zamanda “Azadlıq” qəzetinin jurnalisti Mirza Sakitin buraxılmasını xatırlatdım”, – deyə Herkel bildirib. 2006-cı ilin iyun ayında Sakit üç il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz narkotik saxlamaqda günahlandırılıb. Jurnalist öz həbsini siyasi sifariş hesab edir və bunu nəşr olunmuş radikal məqalələri ilə əlaqələndirir. Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə verilən amnistiya aktı üzrə Sakit də həbsdən azad olunub.

Herkelin sözlərinə əsasən, komitənin iclasında əsas müzakirə obyektləri olmayıb. “Bu sadəcə fikir mübadiləsi idi, geniş miqyasda heç nə olmayıb”, – deyə həmməruzəçi bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO