2018-ci ildə İslam mədəniyyətinin paytaxtı yenidən Azərbaycan şəhəri olacaq

Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Əmək nazirlikləri nümayəndələrinin Bakıda keçirilən iclasında deyib.
Onun sözlərinə görə, daha əvvəl 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi.
Aprelin 25-26-da Bakıda İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransı keçiriləcək.
“Bu konfransın keçirilməsi İƏT-in təşkilata üzv ölkələrdə yoxsulluq probleminin həllində, həmçinin bu sahədə fəal siyasətin həyata keçirilməsi üçün sosial sabitliyin təminatında əməkdaşlığa fəal dəstəyinin təsdiqidir”, – Ələkbərov deyib.
Onun sözlərinə görə, konfrans İƏT iştirakçı ölkələri arasında əməkdaşlıq mexanizminin formalaşdırılması üçün şərait yaradacaq. Nazir hesab edir ki, konfransın nəticələri üzrə çərçivə sənədi, həmçinin qətnamələr və Bakı bəyannaməsinin təsdiqi belə mexanizmin yaradılmasının rəsmi təsdiqidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO