13 Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına yardım göstərib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bu yaxınlarda Türkiyəyə qeyri-qanuni miqrasiya olunmuş 13 Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsinə yardım göstərib. Bunu cümə axşamı Bakıda keçirilən insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə çıxışında BMqT-nin Cənub Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Renate Held bildirib.

Onun sözlərinə görə, buna ölkədə fəaliyyət göstərən QHT və vətəndaşlarla əlaqələr nəticəsində nail olunub.

“Biz insan alveri sahəsində hökumət qurumları ilə, QHT-lərlə və vətəndaş cəmiyyəti ilə çox yüksək səviyyədə münasibət qurmuşuq. Bu fəaliyyət nəticəsində 540 nəfərədək insan alveri qurbanlarına yardım göstərilib”, – o deyib.

Held bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizədə fəaliyyət göstərdikləri 2000-ci ildən bəri 15 layihə həyata keçirilib. Bunların sırasında ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyi tərəfindən maliyələşdirilən layihələr də olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO