Yeni planet kəşf olunub


Yeni planet kəşf olunub

Alimlər Yer planetindən 700 işıq ili uzaqda olan yeni bir planet kəşf edib.

“Kepler 78b” adlandırılan bu planet özünə məxsus xüsusiyyətləri ilə digərlərindən kəskin fərqlənir. Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya univeristetinin məlumatına görə, “Keplər 78b” – öz Günəşi ətrafında 510 dəqiqəyə dövrə vurur. Bu da yeni planetdə bir ilin 8,5 saata bərabər olduğunu göstərir.

Bildirilir ki, planetdə yaşamaq üçün əlverişli şərait yoxdur. Burada temperatur müsbət 2760 dərəcəyə çatır. Həmçinin “Kepler 78b”nin üzərində daima hərəkətdə olan lava okeanı var. Alimləri düşündürən ən önəmli məsələ isə, planetin səthində yüksək temperatur olmasına baxmayaraq, onun məhv olmamasıdır. Güman olunur ki, “Kepler 78b” böyük kütləyə sahib olduğu üçün ərimir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO