YAP-ın 15 minə yaxın üzvü bələdiyyəyə iddialıdır

Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri üçün imzatoplama kampaniyasını başa çatdırıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, YAP 1607 bələdiyyə üçün 15035 namizəd irəli sürülmüş, lakin dairə seçki komissiyaları bu və ya digər səbəblərdən 174 nəfərin sənədini qəbul etməyib: “Yerdə qalan 14861 nəfərə imza vərəqələri verilmişdi və bu imza vərəqələri onlar tərəfindən doldurularaq müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunmuşdu. Bu günə qədər artıq Yeni Azərbaycan Partiyasının 14861 nəfər namizədi qeydiyyatdan keçib və namizədlik statusu alıb”.

S.Novruzov vurğulayıb ki, artıq YAP təbliğat-təşviqat kampaniyasına hazırlaşır. Onun sözlərinə görə, YAP qanuna uyğun olaraq dekabrın 1-dən etibarən, yəni seçkilərə 23 gün qalmış təbliğat-təşviqat kampaniyasına başlayacaq və artıq bununla bağlı tədbirlər planı hazırlanır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO