XİN: ATƏT-in Azərbaycanda media ilə bağlı vəziyyətə dair bəyanatı əsassızdır

ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycanda media ilə bağlı vəziyyətə dair bəyanatı əsassızdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu bəyanat ölkədəki media ilə bağlı vəziyyəti obyektiv əks etdirmir və Azərbaycanın ATƏT-də nümayəndəliyi qeyd edilən bəyanatla bağlı Azərbaycan tərəfinin narazılığını bu təşkilatın rəhbərliyinə çatdırıb.

Xatırladaq ki, bu həftə Tbilisidə keçirilmiş Cənubi Qafqaz ölkələri KİV-lərinin XI Forumunda D.Miyatoviç Azərbayacnda KİV sahəsində yaranmış vəziyyəti tənqid edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO