Ukraynadakı BMT və ATƏT nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirilib

Ukrayna azərbaycanlı gənclər birliyinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində həyata keçirdikləri silsilə tədbirlər BMT-in və ATƏT-in Kiyev şəhərindəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası ilə davam etdirilib. Bu barədə Trend-ə Ukrayna Azərbaycanlıları konqresindən məlumat verilib.

“Beynəlxalq təşkilatlar və dünya birliyi ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqrım siyasətinə vaxtında hüquqi siyasi qiymət verməsə gələcək nəsillər qarşısında bu faciəni törədənlər qədər məsuliyyət daşıyacağıq”, “Erməni işğalına son qoyulsun!”, “Dağlıq Qarabağ qeyri-şərtsiz işğaldan azad olunmalıdır!” Bu şüarlarla Kiyev şəhərinin mərkəzindən BMTn və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısına yürüş edən Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları aradan 21 il ötməsinə baxmayaraq ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

Etiraz aksiyasına qoşulan, türk, tatar və ukraynalı gənclər də Xocalı faciəsini insanlığa yönəlik bəşəri cinayət adlandıraraq dünya birliyini belə bir soyqrım aktına qiymət verməkdə cəsarətli addım atmağa çağırıblar. Etiraz aksiyasında ATƏT və BMT-nin Ukraynadakı nümayəndəliklərinin təmsilçiləri ilə görüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov nüfuzlu beynəlxalq təşkilatların indiyədək erməni işğalina və təcavüzünə göz yummalarını tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Sözügedən beynəlxalq qurumları Dağlıq Qarabağ məsələsinə ikili standartlar prizmasindan yanaşmalarına son qoymalarını tələb ediblər.

2 saat davam edən etiraz aksiyasında BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukryna Azərbaycanlıları Konqresinin birgə hazırladıqları qətnamə təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO