Twitter sosial şəbəkəsində Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

Müasir dünyada sosial şəbəkələr daha böyük populyarlıq qazanmağa başlayıb və təkcə internet istifadəçilərinin ünsiyyət məkanına deyil, həm də əsas informasiya mənbələrindən birinə və onun yayılması mexanizminə çevrilib.

Son illər sosial şəbəkələrdə fiziki şəxslərlə yanaşı, iri transmilli şirkətlər və dünyanın böyük dövlətlərinin hökumət qurumları da qeydiyyatdan keçməyə başlayıb.
Azərbaycan Prezidenti Administrasiyası da sosial şəbəkələrdə aktiv iştirak etməyə başlayıb. Bu gündən www.twitter.com/AzerbaijanPA ünvanında Prezident Administrasiyasının Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Qeyd edək ki, Prezident Administrasiyası Twitter-də öz şəxsi səhifəsini açan ilk dövlət strukturudur.

Səhifədə Azərbaycan prezidentinin gündəlik iş qrafiki, Prezident Administrasiyasının fəaliyyəti barədə məlumatlar, Administrasiya rəhbərinin və şöbə müdirlərinin bütün bəyanat və şərhləri öz əksini tapacaq. Səhifədə həmçinin Administrasiyada keçirilən qəbul və görüşlər haqqında məlumatlar yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında keçirilən tədbirlər və reallaşdırılan layihələr işıqlandırılacaq.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Twitter sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi fəaliyyət göstərir. (www.twitter.com/azpresident, www.twitter.com/presidentaz).

Administrasiyanın bəzi şöbə müdirləri də sosial şəbəkələrin aktiv istifadəçiləridir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO