Türkiyəli nazir: Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir Bakı-Tbilisi-Qars dəmir yolu reallaşdırılmağa başlayandan sonra Qərb dövlətlərinin, o cümlədən İpək Yolunun üzərində yerləşən Çin də daxil olmaqla Asiya dövlətlərinin diqqətini cəlb edib. Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım deyib.

Nazir bildirib ki, bu layihənin həyata keçirilməsi sayəsində Asiya ilə Avropa arasında ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizi yalnız Türkiyə ərazisindən deyil, o cümlədən Azərbaycan və Gürcüstan ərazisindən keçəcək.

B.Yıldırım vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu “Mərmərə” layihəsi (Türkiyə) ilə birləşdirildikdən sonra daha böyük əhəmiyyətə malik olacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir və bu dəmir yolu ilə yüklərin daşınmasına 2017-ci ildə başlanılması gözlənilir”.

Nazirin sözlərin görə, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə, Azərbaycan və Gürcüstan arasında qonşuluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və bu ölkələrdə istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan verəcək: “Bütün bunları nəzərə alsaq, BTQ Türkiyə üçün sadəcə bir dəmir yolu kimi deyil, o cümlədən iqtisadi və mədəni baxımdan da mühüm əhəmiyyət kəsb edir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO