Türkiyə prezidenti 2015-ci il üçün ölkə büdcəsini təsdiq edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi qanunlar dərc edilməsi üçün, Konstitusiyanın birinci bəndi 89 və ikinci (a) bəndi 104-cü maddəsinə uyğun olaraq ölkənin baş nazirinə göndərilib. Bu barədə Trend məlumat verir.

2015-ci il üçün büdcənin planında gəlirlər 499.5 milyard, xərcləri isə 520,4 milyard türk lirəsi təşkil edir, Anadolu agentliyi xəbər verir.

Ümumi büdcə çərçivəsində dövlət müəssisələrinə 464 milyard 163 milyon 399 min, xüsusi büdcə fondlarına 53 milyard 69 milyon 588 min, tənzimləyici və nəzarət edən təşkilatlara 3 milyard 212 milyon 692 min türk lirəsi ayrılıb. Ümumilikdə 520 milyard 445 milyon türk lirəsi ayrılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO