Türkiyə hökumətindən Şah İsmayılın adının əbədiləşdirilməsi istənilib

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Tunceli vilayətinə səfəri zamanı ölkədə yaşayan ələvilər hökumətdən Şah İsmayıl Xətainin adınını əbədiləşdirilməsini istəyiblər. Bu barədə Trend Türkiyənin “Kanal7” telekanalına istinadən məlumat verib.

Məlumata əsasən, ölkədə yaşayan ələvilər İstanbulda tikiləcək körpüyə Sultan Səlim Yavuzun adının verilməsindən narahat olduqlarını və buna görə də Boğaziçi körpüsünün adının dəyişdirilərək Şah İsmayıl Xətai körpüsü qoyulması tələbi ilə çıxış ediblər.

Məlumatda o da qeyd olunur ki, bununla yanaşı, ölkə ələviləri hökumətdə ələvi nazir, müşavirlərin təyin olunması istəyi ilə də çıxış ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO