Türkiyədə yük gəmisi batıb

Türkiyənin Qara dəniz sahillərində (Rize əyaləti) quru yük daşıyan gəmi batıb. Bu barədə Trend cümə günü “Sabah” qəzetinə istinadən məlumat verir. Məlumata görə, hadisə gəmiyə sementin yüklənməsi zamanı baş verib. Gəmi heyətinin üç üzvündən ikisini xilas etmək mümkün olub. Hazırda heyətin o biri üzvünün xilas edilməsi üzrə işlər aparılır.
Xilas edilən dənizçilər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları aydınlaşdırılır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO