TQDK Azərbaycanda şagirdlər üçün yeni növ imtahanın keçirilməsinə başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda ilk dəfə olaraq, gələn il yanvarın 24-də SAT imtahanları keçirəcək.

Komissiyandan Trend-ə verilən məlumata görə, SAT (Scholastic Aptitude Test) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır. Hər il bu imtahanda iki milyondan artıq məktəb məzunu iştirak edir.

SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab edilir.

College Board saytında TQDK-nın qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129 –dur. İlk imtahan 2015-cü il yanvar ayının 24-də TQDK-nın test mərkəzində –Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat 2014-cü il dekabr ayının 29-dək aparılır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO