Tikintiyə vərəsəlik hüququnun müddəti xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən çox ola bilməz

Tikintiyə vərəsəlik hüququnun müddəti xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən çox ola bilməzPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Məcəllənin 250.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

“250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün – doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə – qırx doqquz ildən çox ola bilməz”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO