Təhsil Nazirliyi şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır: “Ancaq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO