Strasburqda AŞPA-nın qış sessiyası öz işinə başlayıb

Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Yanvarın 28-dək davam edəcək sessiyada Azərbaycanda keçirilmiş son parlament seçkilərinin müşahidəsi barədə məruzə dinləniləcək, Assambleya sədrinin seçilməsi, insanlarla qeyri-insani davranış və Kosovoda insan orqanları ilə qanunsuz alver, Avropa Şurasında islahatlardan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO