Ştefan Füle: Aİ-nin tərəfdaş ölkələrinin suverenliyi və müstəqilliyinin təmin olunması üçün enerji təhlükəsizliyi vacibdir

Aİ-nin tərəfdaş ölkələrinin suverenliyi və müstəqilliyinin təmin olunması üçün enerji təhlükəsizliyi vacibdir. Trend xəbər verir ki, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-formal görüşünün açılışında deyib.

O bildirib: “Bizim qeyri-formal görüşümüzdə məqsəd tərəfdaş ölkələrin, o cümlədən Ukraynanın mövqelərinin gücləndirilməsidir”.

Ş.Füle regiona sülh gətirilməsinin yollarını tapacaqlarına ümidini ifadə edib.

Onun sözlərinə görə, altı tərəfdaş ölkənin hamısı Avropa İttifaqı üçün eyni dərəcədə vacibdir, həmçinin onların müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü önəmlidir: “Mən çox ümid edirəm ki, bu görüşdən sonra biz regiona sülhün gəlməsi və sabitliyin bərqərar olması üçün Aİ-nin istədiyi və bizim edə biləcəyimiz barədə daha yaxşı anlayışa malik olacağıq”.

Qeyd edək ki, çərşənbə axşamı Bakıda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşü öz işinə başlayıb.

Görüşün əsas məqsədi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və Vilnüsdə ötən il keçirilən zirvə toplantısından sonra əldə olunan irəliləyişlərin müzakirəsidir.

Görüşün yekunları ilə bağlı mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt, Gürcüstan, Moldovanın XİN rəhbərləri, Belarus və Ukraynanın xarici işlər nazirləri müavinlərinin iştirak etdiyi görüşdə Ermənistan təmsil olunmayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO