Səfir Aqşin Mehdiyev bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib


Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev “Human Rights Watch”, “Amnesty International”, “Təhlükəsilik Şurasının Hesabatı (Security Council Report)”,”Sərhədsiz Həkimlər (Médecins sans Frontières)”, “Qlobal Siyasət Forumu (Global Policy Forum)”, “Beynəlxalq Qaçqınlar (Refugees International)”, “Uşaqları Qoruyun (Save the Children)”, “İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyası (International Federation of Human Rights)”, “Hərbi münaqişədə Uşaqlar üzrə İzləmə (Watchlist on Children in Armed Conflict)”, “Beynəlxalq Xilasetmə Komitəsi (International Rescue Committee)” və “Təhlükəsizlik Şurası üzrə QHT İşçi Qrupu (NGO Working Group on the Security Council)” kimi bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilmiş məlumata əsasən, Təhlükəsizlik Şurasının üzvləri ənənəvi olaraq, beynəlxalq qeyri-hökumət təşkilatları ilə görüşərək, Şurada baxılan məsələlər barədə fikir mübadiləsi aparırlar. Hazırkı görüşdə də əvvəlcədən razılaşdırılmış bəzi mövzular, o cümlədən, Mali, Konqo Demokratik Respublikası, Sudan və Cənubi Sudan, Somali, Yəmən və Koreya Xalq Demokratik Respublikasında vəziyyət barədə müzakirələr aparılıb.
A.Mehdiyev həmsöhbətlərə sözügedən münaqişələrdə müşahidə olunan son vəziyyət, Şurada aparılan danışıqlar və Azərbaycanın mövqeyi barədə brifinq verib.
Sonradan görüşdə iştirak edən ekspertlər səviyyəsində qaldırılan suallar cavablandırılıb.
Görüşün sonunda iştirakçılara Azərbaycanın mədəniyyət və tarixini əks etdirən kitablar paylanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO