Sergey Lavrov: Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər çərçivəsində daxil olacaq

Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər çərçivəsində daxil olacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkar Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə bildirib.

S.Lavrov deyib: “İnteqrasiya prosesləri Gömrük İttifaqına daxil olan bütün ölkələr ərazisində həyata keçirilir. Dağlıq Qarabağ belələrinə aid deyil, lakin razılaşdırılmış prinsiplər əsasında aparılan danışıqların predmetidir”.

Onun sözlərinə görə, Ermənistan bundan əvvəl də həmin inteqrasiya proseslərində BMT-nin tanıdığı sərhədlər çərçivəsində iştirak etdiyini bəyan edib: “Bu, eynilə Avrasiya prosesi çərçivəsində də baş verəcək”.

Azərbaycanın Avrasiya İttifaqına daxil olmasının perspektivləri haqqında sualı cavablandıran rusiyalı nazir qeyd edib ki, Azərbaycana Avrasiya İttifaqına daxil olmaqla bağlı rəsmi dəvət göndərilməyib. Amma Moskva tərəfdaşlarının Avrasiya məkanına maraq göstərməsinə daim şaddır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO