Səlim Müslümov: QHT-lərin aktivliyinin aşağı olması Azərbaycanda sosial sifarişlərin genişləndirilməsini əngəlləyir

Qeyri-hökumət təşkilatlarının aktivliyinin aşağı olması Azərbaycanda sosial sifarişlərin genişləndirilməsini əngəlləyir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlillərin tibbi-sosial reabilitasiya sisteminin inkişafının dəstəklənməsi üzrə Aİ ilə birgə tvinninq layihənin təqdimatı zamanı bildirib.

Nazir deyib: “Hesab edirəm ki, biz tədricən sosial xidmətlərin göstərilməsindən sosial sifarişlərin paylaşdırılmasına keçməliyik. Nazirlik vəziyyətin monitorinqini keçirməli, belə sifarişləri paylaşdırmalı və onların icrasının keyfiyyətinə nəzarət etməlidir. Sifarişlərin özlərini isə müqavilə əsasında QHT-lər həyata keçirməlidirlər”.

Onun sözlərinə görə, nazirlik tərəfindən 15 sosial sifariş paylanıb: “Bəzən bu sifarişləri təkrar elan etmək lazım gəlir, çünki onları yerinə yetirmək istəyən qətiyyən tapılmır. QHT nümayəndələri dəfələrlə bu məsələdə öz maraqlarını ifadə ediblər və mən onları aktivliyi artırmağa çağırıram”.

Nazir qeyd edib ki, bu sifarişlərin kifayət qədər böyük büdcəsi və onların yerinə yetirilməsinin nəhəng sosial əhəmiyyəti var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO