Şəhid Mübariz İbrahimovun məzarı ziyarət edildi

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə onlarla gənc Milli qəhrəman, şəhid Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarlarını ziyarət edib. Bu barədə Trend məlumat verir.

Gənclər şəhidlərimizin məzarına tər çiçəklər düzüblər. DANİB sədri Elməddin Behbud şəhid Mübariz İbrahimovun qəhrəmanlığından söz açaraq qeyd edib ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub.

Təşkilatın sədri Elməddin Behbud belə dəyərli şəxslərin yalnız doğum və ölüm günlərində deyil hər zaman anılmasının vacib olduğunu və bugünkü ziyarətin də məhz bu məqsədlə edildiyini bildirib.

E.Behbud Azərbaycanın işğal altındakı torpaqları üzərindəki hava məkanının uçuşlara qapalı olduğunu bildiyi halda Ermənistan silahlı qüvvələrinə məxsus vertalyotun döyüş mövqelərimizə hücum edərkən ordumuz tərəfindən zərərsizləşdirilməsini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını deyib.

Təşkilat üzvləri beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu beynəlxalq hüquq normalarına hörmət bəsləyərək gec də olsa işğalçı ilə işğala məruz qalan arasında fərq qoymağa, Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıblar. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin üzvləri eyni zamanda cənab prezident İlham Əliyevin düşmənin bütün təxribatçı əməllərinə bundan sonrada qətiyyətli cavab veriləcəyi ilə bağlı mövqeyini alqışladıqlarını bildirərək, bütün gənclərin düşmənə qarşı informasiya müharibəsində də fəallığının vacibliyini vurğulayıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO