Səfir: “Misirdə baş verən toqquşmalarda azərbaycanlılar arasında ölən və yaralanan olmayıb”

Azərbaycanın Misirdəki səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində fəaliyyət göstərir

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Misirdəki səfirliyi ölkədə baş verən hadisələrlə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində fəaliyyət göstərir. Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib. O bildirib ki, 2 ay əvvəl başlayan hadisələrlə əlaqədar bütün lazımi təhlükəsizlik tədbirləri görülüb. Diplomatik nümayəndəliyin adi qaydada fəaliyyətini davam etdirdiyini söyləyən səfir xatırladıb ki, azərbaycanlı diplomatların ailə üzvləri artıq vətənə göndərilib.

Ş. Abdullayev qeyd edib ki, Misirdə qalan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır, onlara kömək lazım olduqda səfirliyə müraciət etmələri tövsiyə olunur: “Əvvəldən onlara telefonlar verilib, “qaynar xətt”imiz fəaliyyət göstərir. Qadınlar və uşaqlar artıq Misirdən çıxıblar. Misirdə qalan Azərbaycan vətəndaşları ilə 24 saat əlaqə var. Onlara yenə də məsləhət görülüb ki, ehtiyatlı olsunlar. Bu hadisələr gərginləşməyə doğru gedəndən bəri onlarla daim əlaqə saxlayırıq. Azərbaycanlılar arasında ölən və yaralanan olmayıb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO