Səfir: İtaliya Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlıdır

İtaliya Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə İtaliya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ciampalo Kutillonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı bildirib.
Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, görüşdə E.Məmmədyarov Ciampalo Kutillonu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən nazir, yeni təyin olunmuş səfirin iki ölkə arasındakı bütün sahələrdə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Məlumatda deyilir ki, səfir Ciampalo Kutillonu ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO