Səfər Əbiyev Türkiyə səfirini qəbul edib


Səfər Əbiyev Türkiyə səfirini qəbul edib

Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından söhbət açan müdafiə naziri hərbi əməkdaşlıq sahəsində də uğurların əldə olunduğunu qeyd edib.
Görüşdə səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeleri nazir Səfər Əbiyevə təqdim edib.
Yeni attaşeyə fəaliyyətində yüksək nailiyyətlər arzulayan Azərbaycanın müdafiə naziri sabiq hərbi attaşe briqada generalı Yücel Karaüzə də Azərbaycanda çalışdığı müddətdə səmərəli işinə görə öz təşəkkürünü bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO