Rusiya XİN: “Avropa Birliyinin İrana qarşı son sanksiya qərarı İranla müzakirələrə zərər verir”

Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi son sanksiyaları pisləyən bəyanat yayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə AB-nin İrana qarşı son sanksiya qərarından narahatlıq ifadə olunur: “Bu sanksiyalar İranla müzakirələrə zərər verir. AB-nin yeni sanksiyaları İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək niyyəti ilə diplomatik səylərini davam etdirən “altılıq” ölkələrinin bütövlüyünə zərbə vurur. Bununla belə, biz növbəti nüvə müzakirələrinin keçirilməsinə çalışırıq”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO