Rusiya Azərbaycana 7,5 milyard dollar dəyərində investisiya layihəsi təqdim edib

Rusiya Azərbaycan sahibkarlarına dəyəri 260 milyard rubldan çox olan 18 investisiya layihəsi təqdim edib. Trend-in məlumatına görə, bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

O, layihələrin təqdimatında bildirib ki, Rusiyada hər bir investisiya layihəsinin əsas məqsədi təkcə regionların iqtisadi inkişafı deyil, hər şeydən əvvəl vətəndaşların həyat səviyyəsinin artırılmasıdır: “Əminəm ki, azərbaycanlı həmkarlarımızın təcrübəsi və biliyi layihələrin reallaşdırılmasında olduqca vacibdir”.

Azərbaycan biznesinə Rusiyanın Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz, Çuvaşiya, Çeçenistan, Dağıstan respublikalarında, Kamçatka, Krasnodar, Stavropol diyarlarındakı bir sıra layihələr təqdim edilib.

Nazir 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində reallaşdırılan layihələrə xüsusi diqqət yetirib: “Bütün bu layihələr dövlət-özəl tərəfdaşlıq prinsipləri əsasında reallaşdırılır, Rusiya planlaşdırılan layihələrin tikintisinə birbaşa xarici investisyaları alqışlayr. Azərbaycan səhmdarları üçün kənd təsərrüfatı sahələrinə çoxsaylı investisiya layihələri xüsusi maraq doğura bilər”.

O bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üzrə yeni müəssisələr demək olar ki, Rusiyanın bütün regionlarında açılır. Nazir Tambov vilayətində kənd təsərrüfatının inkişafı üzrə innovativ layihələri ayrıca qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO