Riçard Morninqstar Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin direktoru təyin olunub

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar Atlantik Şurasının yeni Qlobal Enerji Mərkəzinin təsisçisi və direktoru təyin olunub. Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verib.

Şura sabiq səfirlə yanaşı, yeni təsis olunan Qlobal Enerji Mərkəzinin ekspertlər komandasına digər görkəmli şəxsləri də cəlb edib. Belə ki, mərkəzin Məşvərət Şurasının sədri vəzifəsində Beynəlxalq Enerji Məsələləri üzrə sabiq xüsusi nümayəndə və koordinator Devid Qoldvin, mərkəzin ali elmi işçisi vəzifəsində Boru kəmərləri və təhlükəli materiallar üzrə təhlükəsizlik idarəsinin administratoru Sintia Kuortermenn fəaliyyət göstərəcək. Onlarla yanaşı, Atlantika Şurası enerji məsələləri üzrə sabiq katib Deniel Ponmeni və iki dəfə ABŞ səfiri kimi fəaliyyət göstərmiş Karlos Paskalı da Direktorlar Şurasına daxil edib.

Qeyd edək ki, R.Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini bu ilin iyul ayında başa vurub.

ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.

R.Morninqstarın bu posta namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülmüşdü və Senatın Xarici əlaqələr komitəsi bu təklifi yekdilliklə bəyənmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO