Riçard Morninqstar: ATƏT MQ həmsədrləri münaqişə tərəfləri arasında gərginliyin aradan qaldırılması üçün hər cür səy göstərirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin aradan qaldırılması üçün hər cür səy göstərir və Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri ilə işləyirlər. Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə bildirib.

O, qeyd edib ki, təmas xəttində istənilən itki faciədir və tərəflər bundan qaçmalıdır: “Onlar bir daha münaqişənin mümkün qədər tez həll olunmasının zərurliyini göstərirlər. Biz bu istiqamətdə işləməyi davam etdirəcəyik”.

Səfir əlavə edib ki, ABŞ dövlət katibi Con Kerri Azərbaycana gəlməyi və regiona səfər etməyi çox istəyir, amma səfərin konkret tarixi yoxdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO