İrandan Azərbaycana cinayətkar qrupun keçməsinin qarşısı alınıb

Son zamanlar Azərbaycan-İran sərhədində fəaliyyət göstərən transsərhəd cinayətkar qrupların aşkarlanması və zərərsizləşdirilməsi, qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən zəruri tədbirlər davam etdirilməkdədir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, fevral ayının 3-də Azərbaycan-İran dövlət sərhədinin 59 nömrəli sərhəd nişanı yaxınlığında (Beyləqan rayonu ikinci Şahsevən kəndi) 3 nəfərdən ibarət cinayətkar qrupun dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb. Sərhəd pozucuları qayıqla Azərbaycandan İrana qaçaqmalı apararkən sərhəd naryadı ilə qarşılaşıb, onların qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikası sərhədçilərinə qarşı odlu silahdan istifadə ediblər.
Sərhəd naryadının xəbərdarlıq atəşi nəticəsində qaçaqmalın bir hissəsini Azərbaycan ərazisində ataraq qaçdıqda, qayıq aşaraq Araz çayında batıb, lakin sərhəd pozucuları İran ərazisinə keçməyə nail olublar.
Hazırda cinayətkar qrup üzvlərinin müəyyənləşdirilməsi, qayığın və digər maddi sübutların aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO