İrana səfər edən Azərbaycan vətəndaşlarının qalma müddəti 90 günə qədər artırıla bilər.

Hazırda Azərbaycan vətəndaşlarınıən İranda qalma müddəti 15 gündür, lakin bu müddət 90 günə qədər artırıla bilər. Bunu cümə günü Trend-ə Bakıda səfərdə olan İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi deyib.
“Hazırda bu məsələ ilə bağlı bir neçə təklif var. Biz bu təklifləri araşdırırq. Bu məsələ diqqət mərkəzindədir. İranın müxtəlif strukturları ilə razılaşdırılmalı olan məsələlər var. Onlar fikir bildirdikdən sonra bu müddət artırıla bilər”, – Əraqçi qeyd edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunur.
Azərbaycan və İran arasında viza rejimi 2010-cu ilin fevral ayından ləğv olunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO