İran Xəzərdə yeni eskadra mina gəmisini istifadəyə verəcək

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan “Camaran 2” eskadra mina tral gəmisi yaxın günlərdə Xəzər dənizində HDQ-nin istifadəsinə veriləcək. Bunu İranın müdafə naziri Əhməd Vəhidi deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı “İribnews” məlumat verir.

Vəhidi deyib ki, “Camaran 2” eskadra mina tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. “Camaran 2″ Xəzər dənizində sülh və dostluğun elçisidir”, -deyə Vəhidi bildirib.

Onun sözlərinə görə, hazırda “Camaran 2″nin suya buraxılmasına hazırlıq keçirilir və tezliklə, gəmi İran HDQ-nin istifadəsinə veriləcək.

“Camaran 1” eskadra mina tral gəmisi 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib.

“Camaran” gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. FARS informasiya agentliyi bu gəmini “ən böyük müdafiə layihəsi” adlandırıb.

“Camaran” suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi “elektron müharibədə” də istifadə oluna bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO