İran Səudiyyə Ərəbistanına etiraz notası verib

İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistana etiraz notası verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

İranın Xarici İşlər Nazirlyinin sözçüsü Ramin Mehmanpərəst jurnalistlərə deyib ki, ərəbistanlı diplomat İslam Respublikasının daxili qanunlarına əməl etməyib, sürət həddini keçib və bir iranlı vətəndaşın ölümünə səbəb olub. XİN bu hadisə ilə bağlı öz etiraz notasını Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinə təqdim edib.

Bir neçə gün öncə Səudiyyə Ərəbistanının Tehrandakı diplomatı içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədib, nəticədə bir nəfər ölüb. “Hyundai” markalı avtomobili idarə edən diplomat sürət həddini keçdiyi və içkili olduğu üçün magistral yolda idarəetməni itirib və qarşısında gedən “Ford Festiva” (Praid) markali avtomobilə dəyib. “Ford” isə yoldan çıxaraq yolun kənarındakı dirəklərə dəyib. Hadisə nəticəsində “Ford”un sürücüsü həlak olub, bir nəfər isə yaralanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO