Rəşad Məcid: “525-ci qəzet” ötən illərdə böyük ordu yetişdirib”

Bu gün “525-ci qəzet”in yaranmasının 22-ci ildönümüdür. Trend-in məlumatına görə, 1992-ci il noyabrın 17-də qəzetlərin siyahısında 525-ci olan nəşr kimi bu ad altında fəaliyyətə başladı. Ancaq indi “525-ci qəzet”in adı ilk sıralarda çəkilir.

Qəzetin baş redaktoru Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib ki, “525-ci qəzet” ötən illərdə böyük ordu yetişdirib. R.Məcidin sözlərinə görə, karyerasına “525-ci qəzet”də başlayanlar çox yerlərdə işləyir: “Qəzetdə isə yaşlı ziyalılarla yanaşı cavanları, tələbələri də çap edirik. Ən böyük uğurumuz isə nəsillər arasında körpü yaratmağımızdır. Dəyərləri önə çəkmişik. Ən yaşlı nəsildən tutmuş gənc nəslə qədər insanlar bizdə çap olunur. Bu qəzet daha çox mədəniyyət, ədəbiyyat və mənəviyyat qəzetidir”.

R.Məcid bildirib ki, qəzet fəaliyyəti dövründə həmişə hansısa həqiqətləri qışqıraraq yox, sakit yazıların içində deyib.

Trend İnformasiya Agentliyinin kollektivi “525-ci qəzet”in yaranmasının 22-ci ildönümü münasibətilə qəzetin kollektivini təbrik edir, bu yolda yorulmaz fəaliyyət arzu edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO