Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, səkkiz min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qəbələ rayon İcra Hakimiyyətinə 4,9 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.