“Qarabağ ” “Sent-Etyen”ə gücünü göstərdi

Bu gün Azərbaycan Premyer Liqasının XIII turun oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Premyer Liqanın lideri “Qarabağ” klubu öz meydanında AZAL-ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderliyini qoruyub – 2:1. Bununla da “Qarabağ” noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə keçiriləcək oyun öncəsi fransızlara gücünü göstərib.

Günün son qarşılaşması Qəbələdə keçirilib. Burada yerli “Qəbələ” klubu “Simurq”la münasibətlərinə aydınlıq gətirib. Zaqatalılar bu oyunda qəbəliləri şoka salıb. Oyun 2:3 “Simurq”un xeyrinə bitib.

Qeyd edək ki, Premyer Liqanın qalan iki görüşü sabah keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO