Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər

Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi qadın sürücülərin avtomobilin sükanı arxasında bəzənməsinə qadağa qoyub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında olacaq.

Nazirliyin məlumatında deyilir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: “Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir”.

Qeyd edək ki, BƏƏ-də sükan arxasında “hands-free” qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO