Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb


Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb

Bu gün Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb.
Trend-in məlumatına görə, Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri İlham Əliyev, Abdulah Gül, Nursultan Nazarbayev və Almazbek Atambayev iştirak edirlər.
Zirvə toplantısında əsas müzakirə mövzuları nəqliyyat sahəsində əməkdaşlıq və gömrük proseduralarının asanlaşdırılması olmalıdır.
Nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.
Həmçinin toplantı çərçivəsində Qırğızıstanın Şuradakı sədrliyinin Azərbaycan tərəfinə təqdim edilməsi gözlənilir.
Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO