Pyotr Poroşenko Ukrayna prezidentliyinə and içdi

Ukrayna prezidentliyinə keçirilən növbədənkənar seçkilərdə qalib gəlmiş Pyotr Poroşenko bu gün ölkə Ali Radasının təntənəli iclasında and içib.

Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, inauqurasiya mərasimində xeyli sayda xarici qonaqlar iştirak edirlər.

Onlar arasında Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov, ABŞ-ın vitse-prezident Cozef Bayden, senator Con Makkeyn və dövlət katibinin köməkçisi Viktoriya Nuland da var.

Polşa Prezidenti Bronislav Komorovski, Litva Prezidenti Dalya Qribauskayte, İsveçrə Prezidenti Didye Burkhalter, Moldova Prezidenti Nikolay Timofti, Almaniya Prezidenti Yoahim Qauk, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Estoniya Prezidenti Toomas İlves, Kanadanın Baş naziri Stiven Harper, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey, ATƏT-in baş katibi Lamberto Zannier və digər rəsmi şəxslər də mərasimdə iştirak edirlər.

Rusiyanı isə ölkənin Ukraynadakı səfiri Mixail Zurabov təmsil edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO