Putin Azərbaycanla qarşılıqlı investisiyaların qorunmasını təsdiq etdi

Putin Azərbaycanla qarşılıqlı investisiyaların qorunmasını təsdiq etdiRusiya Prezidenti Vladimir Putin RF və Azərbaycan hökumətləri arasında investisiyaların təşviqi və qarşıqlı qorunması haqqında sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb. Bu barədə Trend Rusiya Prezidentinin saytına istinadən məlumat verir.

2014-cü il sentyabrın 29-da Həştərxanda imzalanmış sənədin məqsədi iki ölkənin investorları üçün daha əlverişli rejim təqdim etməkdir.

Məlumatda deyilir: “Saziş Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəldilib”.

Saziş 1992-ci il yanvarın 1-dən etibarən investorların yatırdığı sərmayələrə şamil edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO