Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədri ilə görüşüb


Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də parlamentin sədri Yosip Leko ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı səfərlərin önəmi vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya bu səfəri əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasına töhfəsini verəcək. Həmçinin parlamentlərarası əməkdaşlığın və dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə təkan verdiyi vurğulandı.
Diqqətə çatdırıldı ki, Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial var.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO