Prezident İlham Əliyev Şamaxıda beşulduzlu otelin açılışında iştirak edib

Mayın 14-də Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. vardır.

Dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO