Prezident İlham Əliyev “Qarabağ ” futbol klubuna bir milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO