Prezident: AYİB ötən il 8,5 milyard avro investisiya yatırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ildə ümumilikdə 8,5 milyard avro investisiya yatırıb. Trend-in məlumatına görə, bunu AYİB prezidenti Suma Çakrabarti Varşavada bankın Direktorlar Şurasnın illik yığıncağının açılışında deyib.

Onun sözlərinə görə, ötən il bankın institusional fəaliyyəti baxımından nəzərəçarpan olub: “Tərəfimizdən, demək olar, rekord sayda layihə (392) reallaşdırılıb ki, bu da il ərzində tarixi maksimumdan 1 layihə azdır”.

Bank 2012-ci ildə layihələrə 8,7 milyard avro investisiya qoyub.

S.Çakrabarti qeyd edib ki, AYİB 2013-cü ildə 1,2 milyard avro xalis mənfəət əldə edib: “Mənfəət fəaliyyətimizin yekun məqsədi deyil, lakin onun mövcudluğu ondan xəbər verir ki, bankın fəaliyyət modeli digər maliyyə institutlarının analoji modellərindən fərqlənir. Bizim güclü kapital bazamız var və fondların təkmilləşdirilməsi üçün səhmdarlara mütəmadi müraciət etməyə ehtiyac duymuruq”.

Onun sözlərinə görə, bank keçid iqtisadiyyatına malik ölkələrin bu istiqamətdə irəliləməsi üçün onlara dəstək verməyi prioritet hesab edir: “Ötən il imzalanmış layihələrin 92 faizi tərəfimizdən “yaxşı” və ya “çox yaxşı” keçid potensialı olması kimi nəzərdən keçirilir”.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin (bankın Azərbaycan üzrə direktorudur) başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti AYİB-in iclasında iştirak edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO