Peşə məktəblərində buraxılış-ixtisas imtahanlarının keçirilmə tarixləri müəyyənləşib

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində buraxılış-ixtisas imtahanlarının keçirilmə tarixləri müəyyənləşib.
Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanov “Peşə məktəbi, peşə liseyinin nümunəvi Əsasnaməsi”nin 25-ci bəndinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində tam təlim kursunu nəzəri təlim fənlərindən və istehsalat təlimindən müvəffəqiyyətlə bitirən şagirdlərdən buraxılış-ixtisas imtahanlarının götürülməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.
Əmrə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində buraxılış-ixtisas imtahanları 18 yaşı cari ilin aprel ayının 30-na kimi tamam olan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılan çağırışçılardan aprel ayının 25-nə qədər keçirilsin. İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış kurslarının hərbi çağırışçı olmayan digər şagirdlərindən tədris plan və proqramlarına uyğun olaraq, istehsalat təcrübəsi başa çatdıqdan sonra buraxılış-ixtisas imtahanları keçirilsin.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO