Pakistan qəzeti: Ermənistanın döyüş helikopterinin Azərbaycan ərazisinə düşməsi Ermənistanın Azərbaycanın hava məkanını pozmasının bariz sübutudur

Pakistanın “States Times” qəzetində “Ermənistan helikopteri işğal olunmuş Azərbaycan ərazisində Azərbaycan Ordusu tərəfindən vurulub” adlı məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Pakistan-Azərbaycan forumunun iclasında çıxış edən Pakistanın sabiq xarici işlər üzrə katibi, senator Akrem Zeki Ermənıstanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz təlimlər keçirdiyini və uçuşlar üçün qadağan olan hava məkanını pozduğunu bildirib.

O, qeyd edib ki, Ermənistan Hərbi Hava Qüvvələrinin helikopteri Azərbaycanın hava məkanını pozub və Azərbaycan əsgərlərinin həyatına təhlükə törədib.

Məqalədə Pakistan Odusunun ehtiyatda olan generalı Amcad Şoheybə istinad edilərək qeyd olunub ki, Ermənıstanın Mi-24 döyüş helikopteri Azərbaycanın ərazisində düşüb və bu da Ermənıstanın Azərbaycanın hava məkanının pozmasının bariz sübutudur. Məqalədə bildirilib ki, bəzi media mənsubları tərəfindən Azərbaycanın ittiham edilməsi əsassizdir və təəccüb doğurur.

Məqalədə, eyni zamanda, münaqişə haqqında məlumat verilərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğu və Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğalçılar tərəfindən hələ də azad edilmədiyi vurğulanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO