Oqtay Əsədov deputatlara irad tutdu

Oqtay Əsədov deputatlara irad tutduMilli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara irad tutub.

Trend-in məlumatına görə, O.Əsədov deputatlara iclasın gündəliyinə daxil olan məsələlər haqqında danışmağı tövsiyə edib.

O qeyd edib ki, əsas məsələlər qalıb bir kənarda, deputatlar başqa məsələlər haqqında danışırlar: “Növbədənkənar sessiyanın məqsədi iqtisadiyyatı yaxşılaşdırmaq üçün daxil olan qanun layihələrini qəbul etməkdir”.

Qeyd edək ki, iclasın gündəliyinə Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında” qanunlara dəyişikliklər daxil edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO